Əsas Səhifə > Mədəniyyət > Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın qurucusudur

Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın qurucusudur


7-12-2018, 18:12


Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu, ümummilli lideridir. Nə qədər söz desək də, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi ifadə etməyə yetərsizdir. Bu fikirlər bu gün ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı hər il təşkil olunan "Açıq qapı” günlərində

səslənib.

Dekabrın 3-dən etibarən Qazax rayon Heydər Əliyev Mərkəzində start götürən "Açıq qapı” günlərində rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri iştirak edirlər. Gün ərzində ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar. 

Ulu öndərin siyasi irsini təbliğ etmək məqsədilə təşkil olunmuş "Açıq qapı” günlərində ulu öndərin Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələr bir daha xatırlanır, dahi şəxsiyyət böyük hörmət və ehtiramla yad edilir. Ömrünü müstəqil Azərbaycanın çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyətin gördüyü işlər, xalqına, millətinə verdiyi qiymət bir daha mərkəzi ziyarət edən insanlara çatdırılır.

Bundan başqa, iştirakçılar muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Qurtuluş mübarizəsinin qalibi-Heydər Əliyev" başlıqlı sərgi ilə tanış olur, ulu öndərə həsr olunmuş mühazirələr dinləyir və filmlərə də baxırlar.

Artıq 5 gündür ki, davam edən "Açıq qapı” günlərinin bugünkü iştirakçıları isə Qazax Sement Zavodunun, YAP Qazax rayon təşkilatının, Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Baytarlıq İdarəsinin kollektivləri, "N” saylı hərbi hissənin əsgərləri, M.Hüseyn adına məktəb-liseyin yuxarı sinif şagirdləri olub. Ümumilikdə 1700-ə yaxın adam ulu öndərin abidəsini ziyarət edərək əziz xatirəsini anıb.

Məlumat üçün qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcəkdir.















GOYEZEN.AZ

 

 


Geri qayıt