Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Sülh carçıları” adlı rəsm sərgisi keçirilib

Qazaxda “Sülh carçıları” adlı rəsm sərgisi keçirilib


21-09-2018, 20:10


Bu gün Qazax Dövlət Rəsm Qalereyasının, rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə "Sülh carçıları” adlı rəsm sərgisi təşkil olunub.

21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş sərgi gənc rəssam Akif Əmirovun təşkilatçılığı ilə keçirilib.

Sərgidə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sərgidə əl işləri nümayiş olunan şagirdlər və onların rəsm müəllimləri, valideynlər iştirak edib. Qalereyada baş tutan sərgidə 20 dərnək üzvünün 30 rəsm əsəri nümayiş olunub.

Akif Əmirov çıxış edərək qonaqları salamlayıb,  ikinci dəfədir ki, sülhə aid həyata keçirilən rəsm sərgisinin təşkilindən, həyata keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Bildirib ki, layihənin əsas məqsədi rayonun sərhəd bölgəsində yerləşməsi ilə yanaşı, ölkəmizdə sülhü tərənnüm edən əsərləri nümayiş etdirmək və gənclərimizi sülhü qorumağa, onu təbliğ etməyə çağırmaqdır. Eyni zamanda, gənc və yeniyetmələrdə rəssamlıq sənətinə maraq yaratmaq, onlarda olan istedadı üzə çıxarmaqdır. Bildirib ki, bu gün nümayiş olunan rəsm əsərlərinin sərgisi də bu məqsədə xidmət edir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən hər zaman gənc rəssamlara, yeniyetmələrə göstərilən diqqət və qayğıdan söz açan gənc rəssam buna görə rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.


Qazax RİHB aparatında baş məsləhətçi Sərdar Orucov, böyük məsləhətçi Gülnar Quluyeva, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov, qalereyanın müdiri Münəvvər Xəlilova və başqaları çıxış edərək "Sülh istəyirik” adlı rəsm sərgisinin əhəmiyyətindən danışıb, dövlətimiz tərəfindən rəssamlara, xüsusilə də gənc rəssamlara göstərilən diqqət və qayğıdan söz açıblar. Qeyd ediblər ki, Azərbaycanı bu gün dünyada tanıdan sənətlərdən biri də rəssamlıq sənəti və gözəl əsərlər çəkən rəssamlarımızdır. Bütün dünyada rəssamlarımızın əl işləri nümayiş olunur, sərgiləri təşkil edilir. Bunun üçün ölkə başçısı tərəfindən rəssamlara hər cür dəstək göstərilir və yüksək şərait yaradılır. Bildirilib ki, Azərbaycan xalqı sülhsevər xalqdır və biz bu sərgini keçirməklə bütün dünyanı sülhə, əmin-amanlığa səsləyirik. Çıxış edənlər bu sərgidə rəsmləri nümayiş etdirilən yeniyetmələrin gələcəkdə tanınmış rəssam, sənət adamları olacağına əmin olduqlarını bildiriblər. Təşkil edilən sərginin bu yolda atılan bir addım olduğunu qeyd edərək sərgidə nümayiş olunan əsərlər barədə öz fikirlərini bildirib, gənc rəssamlara yaradıcılıq uğurları arzulayıblar.

Sonra tədbir iştirakçıları rəsm əsərlərindən ibarət sərgiyə baxıblar. Sərgidə nümayiş etdirilən hər bir əsər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib. Münsiflər heyəti tərəfindən qiymətləndirilən əsərlərin sahiblərinə Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman və hədiyyə təqdim olunub.
































GOYEZEN.AZ


<!-- [if !supportLineBreakNewLine] -->
<!-- [endif] -->

 


Geri qayıt