Əsas Səhifə > Mədəniyyət > Milli Qurtuluş gününə həsr olunmuş sərgi təşkil olunub

Milli Qurtuluş gününə həsr olunmuş sərgi təşkil olunub


14-06-2018, 18:28
Milli Qurtuluş gününə həsr olunmuş sərgi təşkil olunub
Bu gün E.Hüseynov adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi Milli Qurtuluş gününə həsr olunmuş ”Müstəqil Dövlətçiliyimizin parlaq səhifəsi”, “Heydər Əliyev: Mədəniyyətimizin hamisi” adlı sərgi təşkil edib.

Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva çıxış edərək dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyinin formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində olan misilsiz xidmətlərindən söz açıb.

Tədbirin sonunda sərgiyə baxış keçirilib, yeni oxucular qeydiyyata alınıb.

Eyni zamanda, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Aşağı Salahlı kənd kitabxana filialı “Tariximizin dönüş anı” adlı məruzə keçirib. Ürkməzli kənd kitabxana filialı isə “15 İyun - Milli Qurtuluş günü” adlı sərgi təşkil edib.

Milli Qurtuluş gününə həsr olunmuş sərgi təşkil olunub
Milli Qurtuluş gününə həsr olunmuş sərgi təşkil olunub
GOYEZEN.AZ

Geri qayıt