Əsas Səhifə > Mədəniyyət > Qazaxda ulu öndərə həsr olunmuş Kitab Bayramı keçirilib

Qazaxda ulu öndərə həsr olunmuş Kitab Bayramı keçirilib


7-05-2018, 13:00
Qazaxda ulu öndərə həsr olunmuş Kitab Bayramı keçirilib
Bu gün Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Qürurumuzsan, sərvətimizsən!” adlı Kitab Bayramı keçirib. Respublikamızda keçirilən X Ümumrespublıka Kitab Bayramının davamı olaraq təşkil olunan tədbirdə müxtəlif kitablar sərgilənib.

MKS-nin direktoru Solmaz Babanlı giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Qazax rayon İcra Hakimiyyəti Aparatında şöbə müdirinin müavini Məhəmməd Orucov çıxış edərək ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı keçirilən Kitab Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, kitabın insan həyatındakı böyük əhəmiyyətindən söz açıb.

Tədbirdə şairə Afət Telmanqızının “Məni özümdən soruş” adlı kitabının təqdimatı olub.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Sehrli dünya” uşaq jurnalının baş redaktoru, yazıçı Gülzar İbrahimova oxucularla görüşdə ulu öndərə həsr etdiyi yeni şeirlərini oxuyub və gətirdiyi hədiyyələri fəal oxuculara təqdim edib.

1, 2, 3 saylı körpələr evi-uşaq bağçalarının körpə fidanlarının bir-birindən rəngarəng ifaları tədbirə rövnəq verib. Şəhər 4 və 5 saylı tam orta məktəblərin şagirdlərinin ifasında ulu öndərə həsr olunmuş ədəbi-bədii kompozisiya xüsusi maraqla qarşılanıb.

Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən “Qürurumuzsan, sərvətimizsən!..” adlı Kitab Bayramında müxtəlif başlıqlarda sərgilər nümayiş etdirilib. “Heydər Əliyev ideyaları qalib gəlir”, “Bir adın var: FÖVQƏLBƏŞƏR”, “Zəmanəmizin böyük Azərbaycanlısı” adlı kitab sərgisi, “Böyük ömrün Qazax anları” başlıqlı foto-stend, “Tariximiz - şərəfimiz”, “Azərbaycanı tanıyaq və tanıdaq”, “Milli Qəhrəmanlar Zirvəsi: Qeyrət rəmzi”, “Qəlblərdə yaşayan gözəl alim, müdrik vətəndaş, qayğıkeş Ana!”, “Azərbaycanın Qərb qapısı”, “Şairlər Vətəni Qazaxım mənim”, “Azərbaycan Xalq Cümhuriyyəti ili”, “Çox oxuyan çox bilər”, “Yeni kitablar”, “Oxucum, məni oxuyun!”, “Kitab tutan balaca əllər” başlıqlı sərgilər maraqla izlənilib.

Həmçinin, yeni nəşr olunan Azərbaycan və xarici bədii ədəbiyyat nümunələrindən ibarət, müxtəlif elm sahələrini əhatə edən kitab sərgiləri təqdim olunub, kitablardan istifadə olunmaqla müxtəlif quruluşlar verilib, Qazax Dövlət Rəsm Qalereyasının gənc rəssamlarının əl işlərindən ibarət eksponatlar da sərgilənib.

Mədəniyyət Mərkəzinin “Göyəzən” ansamblının, “Qönçə” rəqs qrupunun, şəhər 2 saylı uşaq musiqi məktəbinin saz sinfinin şagirdlərinin ifası tədbir iştirakçılarına xoş anlar yaşadıb.

Qazaxda ulu öndərə həsr olunmuş Kitab Bayramı keçirilib
Qazaxda ulu öndərə həsr olunmuş Kitab Bayramı keçirilib
Qazaxda ulu öndərə həsr olunmuş Kitab Bayramı keçirilib
Qazaxda ulu öndərə həsr olunmuş Kitab Bayramı keçirilib
Qazaxda ulu öndərə həsr olunmuş Kitab Bayramı keçirilib
GOYEZEN.AZ

Geri qayıt