Əsas Səhifə > Mədəniyyət > Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib

Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib


30-03-2018, 10:00
Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib
Qazax rayon Heydər Əliyev Mərkəzinin və N.Nərimanov qəsəbə kitabxana filialının kitabxanaçılarının birgə təşkilatçılığı ilə 1918-ci il 31 Mart hadisələrinin 100 illiyinə həsr olunmuş “Tarixin faciəli səhifəsi” adlı dəyirmi masa keçirilib.

Muzeyin direktoru Ceyhunə Hüseynova 31 Mart soyqırımı mövzusunda çıxış edərək bildirib ki, 1998-ci ildən dövlət səviyyəsində keçirilən Azərbaycanlıların soyqırımı günü Azərbaycan xalqı və dövlətçiliyinin tarixində milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Sonra Mərkəzin kitabxanaçısı Rufina Namazova, N.Nərimanov qəsəbə kitabxana filialının direktoru Sidiqə Süleymanova, kitabxanaçısı Firuzə Vəliyeva 31 Mart soyqırımı haqqında öz fikirlərini bildirərək ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı vəhşilikləri pisləyiblər.

Sonda soyqırıma həsr olunmuş “31 Mart soyqırım günü” adlı kitab sərgisinə və filmə baxış keçirilib.

GOYEZEN.AZ

Geri qayıt