Əsas Səhifə > Mədəniyyət > Damcılı bulağına gedən yol yenidən qurulur –

Damcılı bulağına gedən yol yenidən qurulur –

9-03-2018, 13:30
Damcılı bulağına gedən yol yenidən qurulur –
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən bütün sahələrə diqqət və qayğı göstərir. Rayon rəhbəri təhsil, səhiyyə sahələrinə olduğu kimi, mədəniyyət sahəsinə də xüsusi diqqət ayırır. Qədim tarixə malik olan Qazax rayonunun mədəniyyət abidələri, təbiət görüntüləri, zəngin faunaya, bitki örtüyünə və torpaq növlərinə malik olmasını nəzərə alan rayon rəhbərliyi bu sahənin inkişaf etməsi və rayona turistlərin cəlb olunması zərurətini yaradıb. Ona görə də rayonda bütün sahələrdə olduğu kimi, turizmin inkişafına da diqqət və qayğı göstərilir.

"Avey" Dövlət Tarix-Mədəniyyət qoruğunun "Damcılı" filialına turistlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə dillər əzbəri olan Damcılı bulağına gedən yolun çəkilməsi bu sahənin inkişafı üçün görülən işlərin ən bairz nümunəsidir.

Qoruğun direktoru Səadət Əliyeva GOYEZEN.AZ saytına məlumat verərək bildirib ki, yolun hamarlaşdırılması üçün kifayət qədər lazım olan texnika ayrılıb. 1 km uzunluğunda yola ağır tonlu maşınlar salınaraq yenidən abadlaşdırılıb. Həmin yola çınqıl tökülür, sonra isə hamarlama işləri görülür.

Eyni zamanda, yolun kənarlarına yaşıllıq zolağının salınması məqsədilə çoxlu sayda Eldar şamı ağacları əkilib və rəngli dayaqlarla bərkidilib. Ağacların suvarılması üçün yeni su xətti də çəkilib.

Geri qayıt