• Təqvim

  • Unutma

  • Maraq



“Gəlin sülhü qoruyaq”

21 sentyabr Beynəlxalq Sülh Günüdür-----------------------


“Gəlin sülhü qoruyaq”
Qazax Dövlət Rəsm Qalereyası və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 21 sentyabr Beynəlxalq Sülh Gününə həsr olunmuş “Gəlin sülhü qoruyaq” adlı tədbir keçirilmişdir.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rəsm qalereyasının müdiri Münəvvər Xəlilova tədbirdə çıxış edərək bildirmişlər ki, sülh - əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişaf deməkdir.

Sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur.
“Gəlin sülhü qoruyaq”
Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 sentyabr tarixinin Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Sülhün carçıları isə gələcəyimiz olan uşaqlardır.

Bu gün keçirilən tədbirin məqsəd və məramı da məhz uşaqları sülhə, əmin-əmanlığa, maddi və mənəvi dəyərlərimizə sahib çıxmağa çağırmaqdır.

Sonra uşaqların əl işlərindən ibarət sərgiyə baxılmşıdır. Sülh günü ilə əlaqədar çəkilən rəsmlər münsiflər tərəfindən seçilmiş və Nuray Həsənli, Coşqun Əlizadə, Nəzrin Qurbanova sərginin qalibləri olmuşdur.

Fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim edilmişdir.


Facebook-da paylaş