Kiyevdə Damcılı mağarasından danışılıb » Göyəzən internet portalı


Kiyevdə Damcılı mağarasından danışılıb

Kiyevdə Damcılı mağarasından danışılıb
Ukraynanın paytaxtı Kiyev şəhərində tarixi abidələrlə bağlı beynəlxalq konfrans keçirilib. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva 5-9 iyun tarixlərində həmin konfransda iştirak edib. Onun bu konfransda iştirakı Mədəniyyət və Turizm Nazirliyinin göstərişi və təşəbbüsü, Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.
Kiyevdə Damcılı mağarasından danışılıb
S.Əliyeva GOYEZEN.AZ saytına bildirib ki, “Mədəni irsin qorunması kontekstində muzeylərin bərpası, müasir dövrün aktual çağırışları” adı altında keçirilən həmin konfransda Azərbaycan Respublikasının Qazax-Ağstafa bölgələrinin abidələrindən danışılıb. Konfransda əsasən də Damcılı yaşayış məskəninə təşkil edilmiş ekspedisiyadan söz açılıb.
Kiyevdə Damcılı mağarasından danışılıb
Avey dağının 922 metr hündürlüyündə yerləşən, Qafqaz Albaniyası dövrünün memarlıq abidəsi olan Alban məbədindən bəhs edən “Qərb bölgəsinin orta əsr xristian abidələrinin qorunması və təbliğində əldə olunun nailiyyətlər və problemlər Azərbaycanın mədəni irsinin mühafizəsinə dair qanunvericilik işığında” adlı məqalə konfrans iştirakçılarının marağına səbəb olub.

S.Əliyeva qeyd edib ki, Litva, Yunanıstan, Çexiya kimi ölkələrin də təmsil olunduğu bu formalı konfranslarda iştirak “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisindəki abidələrin beynəlxalq aləmdə tanıdılmasına şərait yaradır və beynəlxalq təcrübənin öyrənilməsində böyük rol oynayır.

Kiyevdə Damcılı mağarasından danışılıb


Facebook-da paylaş