• Təqvim

  • Unutma

  • Maraq

Qazax Dövlət Dram Teatrında “Bəxtsiz cavan” tamaşasının premyerası olub

Qazax Dövlət Dram Teatrında yazıçı-dramaturq Ə.Haqverdiyevin “Bəxtsiz cavan” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası baş tutub.

Səhnə əsərinin rejissoru Allahverdi Musayev, rəssamı Səyyat Məmmədov, musiqi tərtibatçısı Aybəniz Qurbanovadır.

Rollarda Hacı Hacıyev, Yusif Qoca, Səyalı İsmayılova və digərləri çıxış ediblər.

Tamaşanın qəhrəmanı təhsilli, xalqına fayda vermək istəyən maarifçi gənc Fərhaddır. O, nadanlığın, cəhalətin, məhdud dünyagörüşün əleyhinə olaraq savadsız camaatın gözünü açmaq, elm və maarifi təbliğ etmək istəyir. Bu isə onunla əks mövqedə dayanan əmisi Hacı Səməd ağanın xoşuna gəlmir.

Qazax Dövlət Dram Teatrının səhnəsində oynanan pyes tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

GOYEZEN.AZ

Qazax Dövlət Dram Teatrında “Bəxtsiz cavan” tamaşasının premyerası olub
Qazax Dövlət Dram Teatrında “Bəxtsiz cavan” tamaşasının premyerası olub
Qazax Dövlət Dram Teatrında “Bəxtsiz cavan” tamaşasının premyerası olub
Qazax Dövlət Dram Teatrında “Bəxtsiz cavan” tamaşasının premyerası olub
Qazax Dövlət Dram Teatrında “Bəxtsiz cavan” tamaşasının premyerası olub

Facebook-da paylaş