• Təqvim

  • Unutma

  • Maraq



Muzeylər tariximizi yaşadır

Muzeylər tariximizi yaşadır
18 May - Beynəlxalq Muzeylər Günüdür. Bu münasibətlə Qazax Tarix-Diyarşünaslıq Muzeyində tədbir keçirilib.

GOYEZEN.AZ-a muzeydən verilən məlumata görə tədbirdə Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini G.Həsənova, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi R.Quliyev iştirak ediblər.
Muzeylər tariximizi yaşadır
Həmin gün nəinki Qazaxdan, eləcə də qonşu Ağstafa rayonundan olan məktəblilər də muzeyə gəlib burada nümayiş etdirilən eksponatlarla yaxından tanış olublar.
Muzeylər tariximizi yaşadır
Muzeyin əməkdaşları tədbir iştirakçılarına Qazaxın tarixi, coğrafiyası, mədəniyyəti, tanınmış elm xadimləri barədə geniş məlumat veriblər. Bununla yanaşı muzeydə Qazaxın Azərbaycan əıdəbiyyatına bəxş etdiyi şair və yazıçılar barədə də ətraflı söhbət açılıb.
Muzeylər tariximizi yaşadır
Muzeylər günündə məktəblilər, tələbələr, fərdi olaraq rayon sakinləri tariximizi yaşadan bu məkanda olaraq yaşadıqları bölgə barədə daha ətraflı məlumat alıblar.
Eyni zamanda Qazax şəhər 2 saylı tam orta məktəb müəllimlərinin təşkilatçılığı ilə məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim olunub.



Facebook-da paylaş