Sabah Qazaxda Vaqif poeziya günləri keçiriləcəkdir
Yubiley tədbirlərinə M.P.Vaqifin anadan olduğu Yuxarı Salahlı kəndindən başlanılacaqdır.
Saat 10:30-11:30 radələrində Vaqifin kənddəki heykəli önündə poeziya saatı keçiriləcəkdir.
Sonra tədbir Qazax şəhərində davam edəcəkdir.
Saat 12:00-da Gənclər Mərkəzində Vaqifin həyat və yaradıcılığına həsr olunmuş elmi-praktik konfrans öz işinə başlayacaqdır. Sonra konfrans Bakı Dövlət Universitetinin Qazax filialında keçiriləcək bölmə iclaslarında davam edəcəkdir.
Günün ikinci yarısında, saat 16:00-da Olimpiya İdman Kompleksində yubiley tədbirləri mədəni proqramla davam edəcəkdir. Burada Bakıdan gəlmiş müğənnilər, eyni zamanda rayonumuzdakı müğənni və aşıqlar konsert proqramı ilə çıxış edəcəklər.
Facebook-da paylaş