Vidadi Babanlının 90 illik yubileyi qeyd olunub » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq



Vidadi Babanlının 90 illik yubileyi qeyd olunub

Bu gün tanınmış nasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Vidadi Babanlının 90 illik yubileyi qeyd olunub.

GOYEZEN.AZ Sherg.az-a əsasən xəbər verir ki, "Qazax Cəmiyyəti” İctimai Birliyinin (Qazax Xeyriyyə Cəmiyyəti) təşəbbüsü ilə baş tutan tədbirdə ölkənin çoxsaylı ziyalıları qatılıb.

Məlumat üçün bildiririk ki, yazıçının yubiley tədbirində Qazax rayonunun bir qrup ziyalıları-Qazax RİHB-nın müavini Gulaya Həsənova, Qazax RTŞ-nin müdiri Nizaməddin Babanlı və başqaları iştirak ediblər.
Vidadi Babanlının 90 illik yubileyi qeyd olunub
G.Həsənova rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun Vidadi Babanlıya ünvanlanmış təbrik məktubunu oxuyub və Fəxri Fərmanı yubilyara təqdim edib.
Vidadi Babanlının 90 illik yubileyi qeyd olunub
Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Muğanlı kəndində müəllim ailəsində doğulub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. (1944-1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləyib, sonra Bakıya köçüb, "Azərbaycan müəllimi” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışıb.

1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilib. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulub (2003).

Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. "Kişilik haqqında himn" şeirlər toplusu "Xəzər” nəşriyyatında kütləvi tirajla buraxılıb (2002). "Dərd məni dilləndirir" (2003) publisistik əsərlər toplusu, "Mənim gizlinlərim" (2002-2003) avtobioqrafik romanı, "Ana intiqamı" (1995) povesti rəğbətlə qarşılanıb.

Yazıçılardan ibarət xüsusi dəstə ilə İspaniya, Fransa, İtaliya, Almaniya, Polşa və bir sıra xarici ölkələrdə səfərdə olub.


Facebook-da paylaş