• Təqvim

  • Unutma

  • Maraq



Yığıncaq işgüzar şəraitdə keçib

Yığıncaq işgüzar şəraitdə keçib
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin hesabat-seçki yığıncağı keçirilib.

Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsi önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Dövlət Himni səsləndikdən sonra yığıncaq öz işinə başlayıb. MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov geniş məruzə ilə çıxış edərək komitənin 2013-2017-ci illər ərzində gördüyü işlər, həyata keçirdiyi tədbirlər barədə yığıncaq iştirakçılarına məlumat verib.
Yığıncaq işgüzar şəraitdə keçib
Sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəyasət heyətinin üzvü, əməkdar mədəniyyət işçisi, MİHİ Gəncə şəhər Komitəsinin sədri Sahib Axundov və məruzə ətrafında çıxış edənlər rayon komitəsinin hesabat dövründəki fəaliyyətini müsbət qiymətləndiriblər.

Sonda təşkilati məsələyə baxılıb və açıq səsvermə yolu ilə İsgəndər Qurbanov yenidən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri seçilib.

GOYEZEN.AZ



Facebook-da paylaş