• Təqvim

  • Unutma

  • Maraq



Mədəniyyət və istirahət parkları yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib

Mədəniyyət və istirahət parkları yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib
Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib.

GOYEZEN.AZ APA-nın məlumatına əsasən bildirir ki, qərara əsasən mədəniyyət və istirahət parkları Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından çıxarılıb.

Mədəniyyət və istirahət parkları onlara məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Mədəniyyət və Turizm Nazirliyinə Əmlak Məsələləri Dövlət Komitəsi və ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Facebook-da paylaş