• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzi də “DOST xonçası” kampaniyasına qoşulub


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin start verdiyi "DOST xonçası” kampaniyası bu il də uğurla davam etdirilir. Aksiyanın keçirilməsində məqsəd evlərində tənha yaşayan ahılların, həssas qruplardan olan digər insanların, aztəminatlı ailələrin qapılarını Novruz xonçası ilə açmaq, onlarla bayramlaşmaq, ailələrə xoş ünsiyyətlə bir bayram ovqatı bəxş etməkdən ibarətdir. Xalqımızın qədim tarixə malik mili-mənəvi dəyərlərinə, Novruz adətlərinə sıx bağlılığından, ahıl insanlara, həssas qruplara qayğıkeş münasibətindən irəli gələn bu addım hər kəs tərəfindən minnətdarlıqla qarşılanır. "DOST xonçası” cəmiyyətdə bir aksiya kimi deyil, artıq ənənə kimi qəbul olunur.

Birliyi, həmrəyliyi özündə əks etdirən bu kampaniyaya Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də qoşulub. Nazir Əbülfəs Qarayevin tapşırığına əsasən layihəyə dəstək məqsədilə Qazax Rayon Heydər Əliyev Mərkəzi də bu kampaniyaya qatılıb.

Bu gün Mərkəzin əməkdaşları rayonun Canalı kəndində tənha yaşayan, az təminatlı, ahıl Zərqələm İlyasovanı bayram xonçası ilə ziyarət edib və onunla həmsöhbət olublar. Milli adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar.

 

GOYEZEN.AZ



Facebook-da paylaş