• Təqvim

  • Unutma

  • Maraq



E.Hüseynov adına Mərkəzi Kitabxanada “Ümumdünya Mülki Müdafiə Günü” adlı dəyirmi masa keçirilib


Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanasının oxu zalında 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş "Ümumdünya Mülki Müdafiə Günü” adlı dəyirmi masa keçirilib.

Tədbirdə Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin Dövlət Yanğın nəzarəti şöbəsinin inspektoru Arzuman Həsənov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Bakı Dövlər Universitetinin Qazax filialının tələbələrindən bir qrup, fəal oxucular və mədəniyyət işçiləri iştirak ediblər.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, tarixi 1931-ci ildən başlayan Beynəlxalq Mülki Müdafiə Təşkilatı 1972-ci ildən Təşkilatın Baş Məclisinin qərarı ilə martın 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Hazırda bu təşkilata dünyanın 100-dən çox ölkəsi qoşulub. Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir.


Kitabxananın əməkdaşı Vəfa Axundova "Ümumdünya Mülki Müdafiə Günü” adlı məruzəsində bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı 1995-ci ildən başlayaraq təşkilata üzv olan dövlətlərdə hər il konkret bir mövzuya həsr olunan kütləvi tədbirlərin keçirilməsini təşkil edir. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.


Tədbirdə Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin Dövlət Yanğın nəzarəti şöbəsinin inspektoru Arzuman Həsənov çıxışında qeyd edib ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da mülki müdafiə sisteminin qarşısında iki mühüm məsələnin həlli durur. Birinci əhalini və iqtisadiyyatı təbii fəlakətlərin, habelə istehsalatda, nəqliyyatda və məişətdə baş verən dəhşətli qəzaların nəticələrindən xilas etmək, ikincisi müharibə dövründə dinc əhalini və iqtisadiyyatı qorumaqdır. Sonra mülki müdafiə vasitəsi olan yanğın söndürən balondan istifadə qaydalarını əyani sürətdə tədbir iştirakçılarına göstərib.

MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, oxuculara xidmət şöbəsinin müdiri Bəsti Məmmədova, komplektləşdirmə şöbəsinin müdiri Sədaqət Qasımova mövzu ətrafında fikirlərini bölüşüb, hər bir kəsə istər ailədə, istərsə də işlədiyi idarə və  təşkilatda fövqəladə halların baş verməməsi üçün ehtiyatlı olmağı tövsiyə ediblər.



 

GOYEZEN.AZ



Facebook-da paylaş