• Təqvim

  • Unutma

  • Maraq



Qazax MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanasında Xocalı faciəsinə həsr olunmuş “Özü boyda tabut olan Xocalı!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib


Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanasının oxu zalında Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş "Özü boyda tabut olan Xocalı!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının Qazax rayonu üzrə koordinatoru Akif Əmirov, şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Ramil Qurbanov, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin bir qrup tələbələri, məktəblilər və fəal oxucular iştirak ediblər.

MKS-nin direktoru Solmaz Babanlı tədbiri giriş sözü ilə açaraq ötən əsrdə Azərbaycan tarixinə ən dəhşətli faciə kimi daxil olan 26 fevral - Xocalı soyqrımı günü haqqında qısa məlumat verib. Sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Talan olan Xocalı” adlı videoçarx nümayiş olunub.

Xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova "Xocalı faciəsi bəşəri cinayətdir” adlı geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev qeyd edib ki, tələbə gənclər milli ruhda vətənpərvər şəxsiyyət kimi tərbiyələnərək qan yaddaşımız olan bu hadisələri dünya ictimaiyyətinə çatdırmaqla ölkə Prezidentinin yürütdüyü siyasətə öz töhfələrini vermiş olarlar.

MİHİ Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının Qazax rayonu üzrə koordinatoru Akif Əmirov, BDU-nun Qazax filialının tələbəsi Elnur Həsənov çıxış edərək insanlığa sığmayan bu bəşəri cinayətin yaddaşlardan heç vaxt silinməyəcəyini, torpaqlarımızın azad olunması uğrunda xalqımızın bundan sonra da Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşəcəyini vurğulayıblar.

BDU-nun Qazax filialının tələbələrindən Elnur Həsənov, Günel Rüstəmli, Fəridə Əhmədova, Qənirə Qarayeva, məktəblilərdən Nail Hacıyev, Fəxrəndə Hacıyeva, Qəzənfər Əsgərov, Əsmər Hüseynova, Aysel Qasımova, Ləman Quliyeva Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyiblər.














 

GOYEZEN.AZ



Facebook-da paylaş