• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Dönə-dönə xatırlayın” adlı tədbir keçirilib

Bu gün Qazax Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar "Dönə-dönə xatırlayın” adlı tədbir keçirilib.

Tədbirdə Mədəniyyət Mərkəzinin, Mərkəzi Kitabxananın, muzeylərin, Qazax şəhər 1 və 2 nömrəli Uşaq Musiqi Məktəblərinin işçiləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, 26 fevral 1992-ci ildə Azərbaycan yalnız ərazi itkisi ilə üzləşmədi, həm də əsrin misli görünməyən faciələrindən birini yaşamağa məhkum oldu. O, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasından, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımların atılmasından da danışıb. Bu sahədə məqsədyönlü fəaliyyətin Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra geniş vüsət tapdığını, Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, fevralın 26-nın Xocalı Soyqırımı Günü elan edildiyini bildirib. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının bu istiqamətdə təbliğat işini daha da fəallaşdırdığını qeyd edib. Faciə ilə əlaqədar dəhşətli faktların bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırıldığını vurğulayıb.

 

Tədbirdə iştirak edən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Mədəniyyət Mərkəzinin metodistləri Məfrubə Mehdiyeva, Zülfiyyə Mürsəlova, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, Qazax şəhər 1 nömrəli Kitabxana filialının müdiri Fəridə Xuduyeva və başqaları çıxış edərək ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunacağı, işğal altında olan torpaqlarımızın azad ediləcəyi və şəhidlərimizin ruhunun rahatlıq tapacağı günün uzaqda olmadığını bildiriblər.





 

GOYEZEN.AZ



Facebook-da paylaş