Qazax Rayon Heydər Əliyev Mərkəzində “Könüllülər" qrupları yaradılır - ELAN
Hörmətli gənclər! Qazax Rayon Heydər Əliyev Mərkəzi "Könüllülük
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz
strukturunda könüllülük fəaliyyətini daha da genişləndirir. Respublika Prezidenti
İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən 2020-ci il
Azərbaycan Respublikasında "Könüllülər ili” elan edilmişdir. Bununla əlaqədar
olaraq Qazax Rayon Heydər Əliyev Mərkəzində "Könüllülər" qrupları
yaradılır. 18-25 yaşlı, gənc, ali və orta ixtisas təhsilli,
istedadlı və kreativ gəncləri Mərkəzdə könüllü əsaslarla fəaliyyət göstərməyə
dəvət edir. Namizədlər üçün tələblər: - intizamlılıq - xoşrəftarlılıq - ünsiyyətçillik - operativlik - kollektivdə
işləmək bacarığı - təşkilatçılıq - təşəbbüskarlıq - kompüter bacarığı Könüllülük fəaliyyəti
2 növbədə təşkil olunur: Könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran
gənclərin hər birinə xüsusi sertifikatlar veriləcək ki, bu da onların növbəti
iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Maraqlanan şəxslər Qazax Rayon Heydər
Əliyev Mərkəzinə müraciət edə bilərlər. Ünvan: Qazax şəhəri, Heydər
Əliyev adına parkda yerləşən Heydər Əliyev Mərkəzi. Əlaqə nömrəsi: (02229)
5-45-21 Email: gazakh_heydar.merkezi@mail.ru GOYEZEN.AZ
• 09:00-13:00 – birinci növbə
• 14:00-18:00 – ikinci növbə
Facebook-da paylaş