• Təqvim

  • Unutma

  • Maraq



“Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd dahi şəxsiyyətin gələcək nəsillərə örnək olan həyatını və siyasi irsini təbliğ etməkdir


XX əsr dünyasında yaşamış, ömrünün 50 ilini Azərbaycana rəhbərlikdə keçirmiş, daim siyasi həyatın içində və önündə olmuş Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdəndir. Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan üçüncü minilliyə inamla qədəm qoymuşdur. Məhz Ulu Öndərin fəal diplomatiyası sayəsində dünyanın demokratik dövlətlərinin ölkəmizə və onun zorla cəlb edildiyi silahlı münaqişəyə münasibəti dəyişdi. O, bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixardır. Dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin xüsusi rolu vardır. Bu missiyanı böyük məsuliyyətlə həyata keçirən Qazax Rayon Heydər Əliyev Mərkəzi Ulu Öndərin xatirəsini yad etmək və Onun həyatını, siyasi fəaliyyətini təbliğ etmək məqsədilə hər il elan etdiyi "Açıq qapı” günlərini bu il də davam etdirir. Artıq ənənə halını almış "Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd dahi şəxsiyyətin gələcək nəsillərə örnək olan həyatını və siyasi fəaliyyətini, Azərbaycanın müstəqil və suveren dövlət kimi tanınması üçün apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Heydər Əliyev məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etməkdir.

Bu məqsədlə rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar. 

Bugünkü "Açıq qapı” günündə isə Qazax Elektrik Şəbəkəsinin, "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Rayon Gənclər və İdman İdarəsinin  kollektivləri, BDU-nun Qazax filialının tələbələri, N saylı hərbi hissənin əsgər və zabitləri müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin xatirəsini yad etmək üçün gün ərzində abidəni ziyarət ediblər. Mərkəzin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Zamanın dühası" başlıqlı sərgi ilə tanış olublar. Ümummilli Liderin həyat və siyasi fəaliyyətinin hər bir anını əks etdirən mühazirələr dinləyib, filmə baxıblar.

Məlumat üçün qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcək.




















GOYEZEN.AZ



Facebook-da paylaş