• Təqvim

  • Unutma

  • Maraq



Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Qazaxda “Açıq qapı” günləri elan olunub


Görkəmli dövlət və siyasi xadim, Vətəninə və xalqına sədaqətlə, ləyaqətlə xidmət etmiş, Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə qədirbilən azərbaycanlıların qəlbində əbədiyaşarlıq qazanmış xalqımızın Böyük oğlu Heydər Əliyevin vəfatından 16 il ötür. Dahi şəxsiyyətin anım günü ilə bağlı hər il keçirilən "Açıq qapı” günləri bu il də davam etdirilir.

Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 2-dən etibarən "Açıq qapı” günləri elan olunub. "Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasının və siyasi irsinin təbliğ etdirliməsi ilə yanaşı həm də Dahi şəxsiyyətin xatirəsini böyük hörmət və ehtiramla yad etməkdir.

Bu məqsədlə rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar. 

Sonra muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Zamanın dühası" başlıqlı sərgiyə tamaşa edirlər. Eyni zamanda, Ulu Öndərə həsr olunmuş mühazirələr dinləyir və filmlərə baxırlar.

Bu gündən start götürən "Açıq qapı” günlərində Rayon Suvarma Sistemləri İdarəsinin, Melioservis İdarəsinin, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin kollektivləri və gənc könüllülər iştirak edərək dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb əziz xatirəsini anıblar. Sonra Muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələr dinləyib, filmə baxıblar.

Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov və Melioservis İdarəsinin rəisi Ərəş Pənahov çıxış edərək zamanında Ulu Öndərlə görüşdüklərini qeyd edərək onunla bağlı xatirələrini bölüşüblər. Dahi şəxsiyyətin Qazaxa səfəri zamanı rayonumuz haqqında söylədiyi dəyərli fikirləri bir daha xatırlayıblar.

Məlumat üçün qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcək.







 

GOYEZEN.AZ



Facebook-da paylaş