• Təqvim

  • Unutma

  • Maraq



Qazax Tarix-Diyarşünaslıq Muzeyində 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib

Bu gün Qazax Tarix-Diyarşünslıq Muzeyində 17 Noyabr - Milliş Dirçəliş Günü münasibətilə tədbir keçirilib. Tədbirdə S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin VII sinif şagirdləri iştirak ediblər.

Muzeyin direktoru Gülnaz Alişanova çıxış edərək bildirib ki, xalqın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayır. Qeyd edib ki, Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildə elan olunub. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından "sovet” və "sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından "sovet” və "sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım oldu. Bununla da Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Bildirib ki, mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu. Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Ümmummilli Lider sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi  dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Bu gün isə Ulu Öndərin layiqli davamçısı ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında bizlərə miras qalan müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf etdiyini və bütün dünyada tanındığını bir daha qeyd edib.

Tədbirin sonunda tarixi günlə bağlı şagirdlərlə fikir mübadiləsi aparılıb.



GOYEZEN.AZ



Facebook-da paylaş