• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində 12 Noyabr - Konstitusiya Günü ilə əlaqədar dəyirmi masa keçirilib


Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzində 12 Noyabr - Konstitusiya Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov və Mərkəzin kollektivi iştirak ediblər.

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq Konstitusiya Gününün tarixindən  danışıb. Bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. Yeni Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabrda isə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. Qeyd edib ki, bugünkü Konstitusiyamız insan və vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi təsbit etməklə ölkə vətəndaşlarına bütün növ insan hüquqlarından əmək, istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil, fikir azadlığı, söz azadlığı, cəmiyyətin, dövlətin siyasi həyatında iştirak hüququ və s. yararlanmaq şəraiti yaradır.

MİHİ Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Mərkəzdə fəaliyyət göstərən Qazax şəhər kitabxanasının müdiri Rufina Namazova, Mərkəzin işçisi Ofiylə Salmanova çıxış edərək Konstitusiya Günü münasibətilə xalqımızı və tədbir iştirakçılarını təbrik ediblər. Müasir, müstəqil Azərbaycanın konstitusiyasının ən mükəmməl, hüquqi sənəd olmasından və ölkə vətəndaşlarının bütün hüquq və azadlıqlarını yüksək səviyyədə təsbit etməsindən danışıblar.





GOYEZEN.AZ


 



Facebook-da paylaş