“Konstitusiya Heydər Əliyevin əsəridir” adlı növbəti “Açıq dərs” keçirilib
Respublika
Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət
Proqramı”nın və 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən
"2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf
Strategiyası”nın icrası ilə əlaqədar Qazaxda da məqsədyönlü işlər görülür.
Qazax Rayon İcra Hakimiyyəti, Rayon Heydər Əliyev Mərkəzi və Rayon Təhsil
şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev məktəbi” layihəsi
çərçivəsində təşkil olunan "Açıq dərs”lər də bu məqsədə xidmət edir. Ümummilli
Lider Heydər Əliyev irsinin təbliği və müasir tariximizin daha da dərindən
öyrədilməsi, gənclərdə xalqımızın milli varlığını
ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana
dilinə məhəbbət, dövlət atributlarına hörmət hissini gücləndirmək məqsədilə yuxarı sinif şagirdlərinə tarix dərslərinin Heydər Əliyev Mərkəzində keçirilməsi
də bu sahədə görülən işlərdir. Noyabr-dekabr
aylarında reallaşan layihə çərçivəsində növbəti "Açıq dərs” bu gün
N.Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbin yuxarı sinif
şagirdlərinin iştirakı ilə keçirilib. "Konstitusiya
Heydər Əliyevin əsəridir” adlı mühazirəni məktəbin tarix müəllimi Nuriyyə Nuruyeva oxuyub. Məktəblilərə Azərbaycan
dövləti müstəqilliyinə yenidən qovuşduğu zamanlarda Ulu Öndər Heydər Əliyevin
dövlətin ali qanunu olan Konstitusiyanın yaradılması üçün göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edilib. Mühazirədən
sonra məktəblilər arasında mövzuya uyğun sual-cavab aparılıb. Şagirdlərdən Ərəstun Süleymanov və Aygün Mehdiyeva xüsusilə
fərqləniblər. Dərsdən sonra mühazirədə
əhatə olunmuş dövrün xronologiyasını özündə əks etdirən film nümayiş etdirilib. Dərs muzeyin ekskursiyası ilə yekunlaşıb. GOYEZEN.AZ
Facebook-da paylaş