Qazaxda “Bir kərə yüksələn bayraq, bir daha enməz” başlığı altında növbəti bayram tədbiri keçirilib
9 Noyabr – Dövlət Bayrağı Günü
respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd
olunur. Növbəti bayram tədbiri noyabrın 6-da Qazax Rayon Mədəniyyət Mərkəzinin
qarşısında Mədəniyyət Mərkəzinin, şəhər 1 və 2 nömrəli Uşaq Musiqi Məktəblərinin
birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş "Bir kərə
yüksələn bayraq, bir daha enməz!” başlığı altında keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş
məsləhətçi Gülnar Quluyeva, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Azərbaycan Rəssamlar
İttifaqının üzvü Akif Əmirov, mədəniyyət işçiləri və rayon sakinləri iştirak ediblər. Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət
İdarəsinin rəisi Vüqar Qədirov Azərbaycan Bayrağının tarixindən, keçdiyi şanlı inkişaf
yolundan, üçrəngli bayrağın hər bir Azərbaycan vətəndaşında yüksək vətəndaşlıq
duyğuları aşılamasından danışıb.
Azərbaycan Rəssamlar
İttifaqının üzvü Akif Əmirov da çıxış edərək tədbir iştirakçılarına Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun səmimi təbriklərini və xoş
arzularını çatdırıb. Müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə
dalğalanan üçrəngli bayrağın qürur yerimiz olduğunu bildirib. Sonra tədbir konsert proqramı
ilə davam etdirilib. Mədəniyyət Mərkəzinin bədii rəhbəri Nofəl Əliyevin rəhbərlik
etdiyi "Göyəzən” instrumental ansamblının ifasında səslənən Azərbaycana və Azərbaycan
Bayrağına həsr olunmuş mahnılar tamaşaçılarda xoş ovqat yaradıb. Hər bir
ifalar, o cümlədən Xaqan Qurbanovun, Günay Məmmədovanın, Vaqif Hacalıyevin,
Türkan Rəhimovanın, Mədəniyyət Mərkəzinin "Qönçə” rəqs qrupunun ifasında olan
musiqi nömrələri və 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin
hazırladıqları "Bayraq” rəqsi tədbirə toplaşanların zövqünü oxşayıb. Tədbirdə müxtəlif başlıqlı
kitab sərgiləri də nümayiş olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş