Qazaxda “Heydər Əliyev məktəbi” layihəsinə start verilib
Respublika Prezidentinin 2017-ci il 15
sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı”na və "2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf Strategiyası”nın təsdiq
edilməsi haqqında 26 yanvar 2015-ci il tarxli Sərəncamına müvafiq olaraq Qazax Rayon İcra Hakimiyyəti, Rayon
Heydər Əliyev Mərkəzi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə
"Heydər Əliyev məktəbi” layihəsinə start verilib. Layihə çərçivəsində Ulu Öndər Heydər
Əliyev irsinin təbliği və müasir tariximizin daha da dərindən öyrədilməsi
məqsədilə yuxarı sinif şagirdlərinə noyabr-dekabr ayı ərzində hər gün tarix dərslərinin keçirilməsinə başlanılıb. İlk dərs 4 noyabr 2019-cu il tarixdə Qazax
şəhər Mehdi Hüseyn adına məktəb-liseyin yuxarı sinif şagirdlərinin iştirakı ilə
baş tutub. "Müasir Azərbaycan tarixində Heydər Əliyev fenomeni” başlıqlı mühazirəni
məktəbin tarix müəllimi Arzu Abbasova oxuyub və Azərbaycanın son
50 illik tarixində dünya miqyasında tanınmasında, dünya dövlətləri ilə bir
sırada sürətlə inkişafa doğru addımlamasında Heydər Əliyevin əvəzsiz
xidmətlərindən danışıb. Mühazirədən sonra məktəblilər arasında
mövzuya uyğun sual-cavab aparılıb. Məktəblilərdən Arzu Bağırova, Aysu Həsənova,
Sevinc Namazova xüsusilə fərqləniblər. Dərs mühazirədə
əhatə olunmuş dövrün xronologiyasını özündə əks etdirən film nümayişi və
muzeyin ekskursiyası ilə başa çatıb. GOYEZEN.AZ
Facebook-da paylaş