• Təqvim

  • Unutma

  • Maraq



Görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd olunub


Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli oftalmoloqu,  peşəkar həkim, gözəl ana, qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd olunub. 

"Zülməti boğan işıq” başlıqlı tədbirdə Qazax rayon səhiyyə şöbəsinin həkim- oftalmoloqları, tibb işçiləri və icra aparatının nümayəndəsi iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Zərifə Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad edib, görkəmli alimin ömür yolu barədə filmə baxıblar.

Zərifə xanım Əliyeva haqqında filmin nümayişindən sonra  muzeyin direktoru Ceyhunə Hüseynova geniş məruzə ilə çıxış edərək Onun Azərbaycan tibb elmində olan əvəzsiz xidmətlərindən danışıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, rayon Uşaq  Xəstəxanasının baş həkimi Üzeyir Vəliyev, Poliklinika şöbəsinin oftalmoloqu Rəqiyyə İsmayılova, Uşaq Xəstəxanasının həkimi Şölə Mustafayeva çıxış edərək Azərbaycanın görkəmli oftalmoloqu Zərifə xanım haqqında xatirələrini və ürək sözlərini bildiriblər. Qeyd ediblər ki, dünya oftalmologiya elminə böyük töhfələr vermiş Zərifə xanımın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər bu gün də Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.

Tədbirin sonunda sərgiyə baxış keçirilib.






GOYEZEN.AZ



Facebook-da paylaş