• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar “Açıq qapı” günləri elan olunub


Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli siyasət və dövlət adamı  Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar  Qazax rayon Heydər Əliyev Mərkəzində 25 aprel-10 may 2019-cu il tarixlərində "Açıq qapı” günləri elan olunub. Həmçinin, ulu öndərə həsr olunmuş silsilə tədbirlərə start verilib.

"Açıq qapı” günlərində rayonun bütün idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq  Onun abidəsini ziyarət edir, muzeyə ekskursiya edərək dahi şəxsiyyətin keçdiyi ömür yolu, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edən mühazirələr dinləyirlər. Fenomenal şəxsiyyətə həsr olunmuş "Sən əlçatmaz zirvəsən” başlıqlı kitab və jurnallardan ibarət sərgi ilə tanış olur, filmlərə baxırlar.

25 apreldən start götürən "Açıq qapı” günlərində Qazax şəhər S.Əfəndiyev adına 1 saylı tam orta məktəbin, Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin və Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbin şagird və müəllimlərindən ibarət 190 nəfər ekskursiyaçı muzeyə gələrək dahi insanın abidəsini ziyarət edib, Onun həyat və siyasi fəaliyyəti haqqında mühazirələr dinləyib və filmə baxıblar.







GOYEZEN.AZ



Facebook-da paylaş