• Təqvim

  • Unutma

  • Maraq



“Bədii həqiqətlər ustadı”


Bu gün Qazax rayon Heydər Əliyev Mərkəzinin, Barxudarlı kənd ümumi orta məktəbin və Mərkəzdə fəaliyyət göstərən Multimedia kitabxanasının birgə təşkilatçılığı ilə "Bədii həqiqətlər ustadı” başlıqlı tədbir keçirilib.

Respublika Prezidentinin 17 dekabr 2018-ci il tarixli Sərəncamına müvafiq olaraq Cəfər Cabbarlının 120 illiyinin qeyd olunması ilə əlaqədar Qazax şəhər 5 saylı tam orta məktəbdə keçirilən tədbirdə C.Cabbarlı yaradıcılığına bir daha nəzər salınıb.

Barxudarlı kənd ümumi orta məktəbin direktoru Məleykə Almazova çıxış edərək C.Cabbarlının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Mərkəzin direktoru Ceyhunə Hüseynova çıxışı zamanı bildirib ki, C.Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətləri olmuş görkəmli dramaturq, nasir, şair, jurnalist, tərcüməçi, kinossenarist, tənqidçi, teatrşünas, qüdrətli sənətkar olmuşdur.    

Məktəbin Ədəbiyyat müəllimi Afaq Məmmədova C.Cabbarlının "Ana” şerini söyləmiş, məktəbin şagirdləri Leyla Xasıyeva, Gülzadə Bayramova, Elnur Qafarov, Niyazi Qədimov, Nurlan Mürsəlov, Rəşad Quliyev, Ruslan Əliyev və Paşa Hacılı C.Cabbarlı yaradıcılığından şeirlər demiş, müəllifin "1905-ci ildə” əsərindən bir parça kompozisiya nümayiş etdiriblər.

Tədbir C.Cabbarlıdan bəhs edən filmin nümayişi ilə sona çatıb.










GOYEZEN.AZ



Facebook-da paylaş