• Təqvim

  • Unutma

  • Maraq



Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib


Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbində də tədbir keçirilib.

Tədbir məktəbin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

 

Məktəbin direktoru Gülnarə Əmiraslanova giriş sözü ilə çıxış edərək Xocalıda yalnız azərbaycanlı olduqlarına görə soyqırıma məruz qalmış insanların acı taleyindən danışıb. Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilməsinin zəruriliyini diqqətə çatdırıb. 


Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada dayandığını qeyd edib. Xocalı faciəsinin bəşər mədəniyyətinə, sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş ən qatı cinayət olduğunu bildirib. Şəhidlərə, şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb.

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov çıxış edərək tarixin qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin törətdikləri vəhşiliklər barədə məlumat verib. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan "Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasının əhəmiyyətini vurğulayıb. O, gəncləri Xocalı soyqırımı barədə maarifləndirmə işinə öz töhfələrini verməyə, bu kampaniyaya dəstək olmağa çağırıb.

Sonra xor kollektivinin ifasında "İgid Əsgər" mahnısı səslənib. Musiqi məktəbinin şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub, Xocalıya yazılmış şeirlər söylənilib. 








GOYEZEN.AZ

 




Facebook-da paylaş