Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş rəsm sərgisi keçirilib
Xocalı
faciəsinin törədilməsindən 27 il ötür. Respublikamızın hər yerində olduğu kimi,
Qazax rayonunda da faciə ilə bağlı silsilə tədbirlər keçirilir.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Respublika Prezidentinin
"Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral
tarixli 930 nömrəli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin
2019-cu il 6 fevral tarixli 11 nömrəli Sərəncamlarına əsasən Qazax rayonu üzrə
Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər
planının təsdiq edilməsi haqqında imzaladığı 11 fevral 2019-cu il tarixli Sərəncama
uyğun olaraq tədbirlər planı hazırlanıb. 9-21/32 nömrəli Sərəncama əsasən hazırlanmış
tədbirlər planında Qazax Dövlət Rəsm Qalareyasında Xocalı soyqırımına həsr
olunmuş rəsm sərgisinin keçirilməsi də öz əksini tapmışdır.
Bu gün Qazax
Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin 27-ci ildönümünə həsr
olunmuş tədbir və rəsm sərgisi keçirilib.
Tədbirdə
rəsm dərnəyinin üzvlərinin mövzuya aid əsərləri nümayiş olunub.
Mədəniyyət işçilərinin
və məktəblilərin iştirak etdiyi tədbirdə faciə qurbanlarının əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Qazax Dövlət Rəsm
Qalereyasının müdiri Münəvvər Xəlilova çıxış edərək faciənin
yaranma səbəblərindən, hadisəni törədənlərin vəhşiliklərindən danışıb.
Xalqımızın qan yaddaşına silinməz izlərlə yazılan Xocalı faciəsinin bütün bəşəriyyətə,
insanlığa qarşı törədilmiş bir faciə olduğunu diqqətə çatdırıb.
Məktəblilərdən
Ömər Əliyev və Sunay Mustafayeva faciəyə həsr olunmuş şeirlər səsləndiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş