• Təqvim

  • Unutma

  • Maraq



“Xocalı-Qan yaddaşı” adlı videoçarx nümayiş olunub

Qazax rayon Mərkəzi Kitabxana Sisteminin E.Hüseynov adına mərkəzi kitabxanasında Xocalı faciəsinin 27–ci ildönümü ilə əlaqədar "Xocalı-Qan yaddaşı” adlı videoçarx nümayiş etdirilib.

Oxu zalında keçirilən tədbirdə Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, MİHİ-nin Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, mədəniyyət işçiləri və məktəblilər iştirak ediblər.

MKS-nin direktoru Solmaz Babanlı tədbiri giriş sözü ilə açaraq bəşər tarixinin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı hadisəsinin Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş ən amansız faciə olduğunu qeyd edib.

Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək kütləvi, amansız qırğın hadisəsini əks etdirən "Xocalı-Qan yaddaşı” adlı videoçarx nümayiş etdirilib.

Sonra"Yer üzündə bir Şəhid şəhər var:  Xocalı!” adlı fotostendə və "26 Fevral - Xocalı soyqırımını unutma!” adlı sərgiyə baxış keçirilib.








GOYEZEN.AZ



Facebook-da paylaş