20 Yanvar hüzn və milli qürur günüdür
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar dahi
şair Səməd Vurğunun adını daşıyan Poeziya Evində də tədbir keçirilib. "20 Yanvar hüzn və milli qürur
günüdür” başlığı altında keçirilən tədbirdə
şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin müəllimi
Aytac Bayramova və V, VI sinif şagirdləri, Poeziya Evinin əməkdaşları iştirak ediblər. Əvvəlcə 20 Yanvar şəhidlərinin, eləcə
də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz
xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Poeziya Evinin kitabxanaçısı Xalidə Vəliyeva tədbiri
giriş sözü ilə açaraq tariximizə yazılmış qanlı yanvar gecəsi haqqında məktəblilərə
geniş məlumat verib. 20 Yanvar faciəsinin səbəblərindən, sovet imperiyasına rəhbərlik edən
şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasətindən danışıb, hadisəyə
siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli
lider Heydər Əliyevin tarixi xidmətləri olduğunu bildirib. Sonra şagirdlər şəhidlərə həsr
edilmiş şeirlər söyləyiblər. Şagirdlərdən Aysel Hökumalıyeva "20 Yanvar", Hava Daşdıyeva
"20 Yanvar axşamı", Xədicə Vəliyeva "20 Yanvar", Aidə Məmmədəliyeva
"Od vurub qəlbimə 20 Yanvar", Kamal Yolçuyev "Tanrım, məni şəhid
elə", Aysun Nəsibova "Qanlı Yanvar gecəsi", Sonda 20 Yanvar hadisələri ilə
bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb. GOYEZEN.AZ
Zahid Ağacanov "Ağlama, şəhid anası" başlıqlı
şeirlər səsləndiriblər.
Facebook-da paylaş