• Təqvim

  • Unutma

  • Maraq



“Göyəzən dağı” suvenirləri İtaliyada

“Göyəzən dağı” suvenirləri İtaliyada
Oktyabr ayının 25-30-u tarixində İtaliyanın Paestum şəhərində Azərbaycanın da iştirak etdiyi XIX əsr “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası” keçirilib.

Hər il dünyanın 50-dək ölkəsinin, eləcə də İtaliyanın əksər regionlarının, arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatlarının iştirak etdiyi layihədə Azərbaycan da təmsil olunub.
“Göyəzən dağı” suvenirləri İtaliyada
Özünün əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə olan bu layihə YUNESKO, İKKROM, İKOMOS və BMÜTT kimi nüfuzlu beynəlxalq təşkilatların tərəfdaşlıq etdiyi yarmarkada ölkəmiz xüsusilə fərqlənib.

Həmin layihəyə “Avey” Dövlət Tarix–Mədəniyyət Qoruğu da daxil edilib. Tədbirdə qoruğun rəhbərliyi də iştirak edib.

Üzərində tarixi abidəmiz olan Göyəzən dağı əks olunan şüşə suvenirlərin sərgilənməsi və hədiyyə verilməsi gələnlərin marağına səbəb olub.


Facebook-da paylaş