Narkomaniya bəşəriyyət üçün bəladır » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Narkomaniya bəşəriyyət üçün bəladır

Narkomaniya bəşəriyyət üçün bəladır
Respublika Prezidenti İlham Əliyevin 24 iyun 2013-cü il tarixli, 2966 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı"na əsasən Qazax rayonunda bu sahədə əməli işlər görülür, məqsədyönlü tədbirlər həyata keçirilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmiş RİHB Aparatı yanında fəaliyyət göstərən Komissiyanın 2018-ci il üçün iş planına və Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Ə.Həsənovun 31 may 2018-ci il tarixli, 32/11-54 nömrəli məktubuna əsasən 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsinə başlanılıb.

Qazax Dövlət Rəsm Qalereyasından start götürən tədbirdə aidiyyatı təşkilat nümayəndələri, idarə, müəssisə rəhbərləri, yeniyetmə və gənclər, qalereyanın dərnək üzvləri iştirak edib.

RİHB Aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova tədbirdə çıxış edərək rayonumuzda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya qoyulan vəzifələr barədə danışıb. Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurması barədə məlumat verib.
Narkomaniya bəşəriyyət üçün bəladır
RİHB Aparatında hüquq şöbəsinin müdiri İlyaz İsmayılov çıxış edərək müasir dövrümüzdə insanlığa bir bəla olan "ağ ölüm"ə və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması istiqamətində bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını qeyd edib.

Rayon Polis şöbəsinin kadrlar qrupunun kadr və peşə hazırlığı üzrə baş inspektoru Vüsal Hüseynov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, gənc rəssam Akif Əmirov çıxış edərək ölkəmizdə narkomaniya və narkobizneslə mübarizənin əsasının ilk dəfə olaraq ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün də Respublika Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə əməli tədbirlərin görüldüyünü bildiriblər. Yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Sonra dərnək üzvlərinin 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar çəkdikləri rəsmlərə baxılıb, məktəblilərin mövzu ilə bağlı fikirləri öyrənilib.

Narkomaniya bəşəriyyət üçün bəladır
Narkomaniya bəşəriyyət üçün bəladır
Narkomaniya bəşəriyyət üçün bəladır
Narkomaniya bəşəriyyət üçün bəladır
Narkomaniya bəşəriyyət üçün bəladır
Narkomaniya bəşəriyyət üçün bəladır
Narkomaniya bəşəriyyət üçün bəladır
Narkomaniya bəşəriyyət üçün bəladır
Narkomaniya bəşəriyyət üçün bəladır
Narkomaniya bəşəriyyət üçün bəladır
Narkomaniya bəşəriyyət üçün bəladır
GOYEZEN.AZ


Facebook-da paylaş