• Təqvim

  • Unutma

  • Maraq



Məktəblilər “Açıq qapı“ günlərində fəal iştirak edirlər

Məktəblilər “Açıq qapı“ günlərində fəal iştirak edirlər
May ayının 29-dan etibarən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş “Açıq qapı“ günlərində məktəblilər fəal iştirak edirlər.

Rayonumuzda elan olunmuş “Açıq qapı” günlərində əsas məqsəd Cümhuriyyətin keçdiyi 100 il haqda məktəblilərə daha ətraflı məlumat vermək, bu barədə onların biliklərini artırmaqdır.

“Açıq qapı“ günlərinin bugünkü iştirakçıları şəhər M.Hüseyn adına məktəb-liseyin müəllim və şagirdləri olub. VII-IX sinif şagirdlərinin iştirak etdiyi ekskursiyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qəbul etdiyi əhəmiyyətli qərarlardan, dövlət
atributlarımızdan, ordu quruculuğu və Azərbaycan dili sahəsində görülən işlərdən ətraflı söhbət açılıb. Müstəqil Azərbaycanın bugünkü uğurlarından danışılıb.

Ekskursiya barədə GOYEZEN.AZ saytına fikirlərini bölüşən müəllimlərdən Ziyadə Vidadiyeva, Vəli Vəliyev, Aydın Əhmədov və Hüseyn Həsənov şagirdlərin ölkəmizin tarixini, keçmişini, tarixi şəxsiyyətlərini öyrənmələri baxımından təşkil olunmuş bu cür əhəmiyyətli tədbirin keçirilməsinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Ətraflı və dolğun məlumatlar, geniş izahatlar verdiklərinə görə muzeyin əməkdaşlarına təşəkkürlərini çatdırıb, Azərbaycan Xalq Cümhuriyyəti haqqında filmlərin nümayiş etdirilməsini yüksək qiymətləndiriblər.

“Açıq qapı“ günlərində şəhər və kəndlərdən 12 məktəbin şagirdlərinin iştirak etməsi planlaşdırılmışdır. Ümumilikdə, 1191 nəfər şagirdin ekskursiya etməsi nəzərdə tutulmuşdur. Bugünkü ekskursiyada isə məktəb-liseydən 110 nəfər iştirak edib.

Məlumat üçün qeyd edək ki, “Açıq qapı“ günləri 14 iyunadək davam etdiriləcəkdir.

Məktəblilər “Açıq qapı“ günlərində fəal iştirak edirlər
Məktəblilər “Açıq qapı“ günlərində fəal iştirak edirlər


Facebook-da paylaş