• Təqvim

  • Unutma

  • Maraq



Cümhuriyyətin 100 illiyi ilə bağlı “Açıq qapı“ günləri keçirilir

Cümhuriyyətin 100 illiyi ilə bağlı “Açıq qapı“ günləri keçirilir
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı“ günləri keçirilir. May ayının 29-u tarixindən rayonumuzda “Açıq qapı” günləri elan olunmuşdur. Məqsəd Cümhuriyyətin keçdiyi 100 il haqda məktəblilərə daha ətraflı məlumat vermək, bu barədə onların biliklərini artırmaqdır.

“Açıq qapı“ günlərində şəhər və kəndlərdən 12 məktəbin şagirdlərinin iştirak etməsi planlaşdırılmışdır. Ümumilikdə, 1191 şagird ekskursiya etməsi nəzərdə tutulmuşdur.

Artıq bir neçə gündür ki, bu əhəmiyyətli tədbirin keçirilməsinə başlanılmışdır. “Açıq qapı“ günlərində şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qəbul etdiyi əhəmiyyətli qərarlardan, dövlət atributlarımızdan, ordu quruculuğu və Azərbaycan dili sahəsində görülən işlərdən ətraflı məlumat verilir.

Məlumatlarla yanaşı olaraq, Azərbaycan Xalq Cümhuriyyəti haqqında film nümayiş etdirilir.

“Açıq qapı“ günləri 14 iyunadək davam etdiriləcəkdir.

GOYEZEN.AZ

Cümhuriyyətin 100 illiyi ilə bağlı “Açıq qapı“ günləri keçirilir
Cümhuriyyətin 100 illiyi ilə bağlı “Açıq qapı“ günləri keçirilir
Cümhuriyyətin 100 illiyi ilə bağlı “Açıq qapı“ günləri keçirilir


Facebook-da paylaş