Müstəqil Azərbaycan Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq

Müstəqil Azərbaycan Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir

Artıq 5 gündür ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində təşkil olunan “Açıq qapı” günlərində ekskursiyaçılara müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu, ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi haqqında dolğun məlumatlar çatdırılır.

“Açıq qapı” günlərinin iştirakçıları əvvəlcə ulu öndərin abidəsi önünə tər çiçək dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edirlər.

Sonra mərkəzdə dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələri dinləyir, Heydər Əliyevin Azərbaycan xalqının və ölkəmizin müstəqilliyə qovuşması uğrunda xidmətlərini özündə əks etdirən filmlərə baxır, kitab və jurnallardan ibarət sərgi ilə tanış olurlar.

İstər dinlənilən mühazirələrdə, istərsə də nümayiş olunan filmlərdə ulu öndər Heydər Əliyevin xoşbəxt siyasətçi və dövlət xadimi olması, onun yaratdığı sabitlik və həyat verdiyi islahatların Azərbaycanın müstəqilliyini dönməz və əbədi prosesə çevirməsi bir daha vurğulanır. Azərbaycanda elmin, mədəniyyətin, incəsənətin inkişafı, mənəvi dəyərlərin qorunması və zənginləşməsi, ölkəmizin dünya miqyasında qədim və zəngin mədəniyyətə malik bir ölkə kimi tanınması üçün ulu öndərin gördüyü işlər, elm, mədəniyyət xadimlərinə göstərdiyi böyük qayğı diqqətə çatdırılır. Ümummilli liderin möhkəm təməl üzərində qurduğu müstəqil Azərbaycan dövlətinin bu gün Ölkə Başçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində yeni-yeni zirvələr fəth etməsi qeyd olunur.

Müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyətin Azərbaycan naminə etdikləri xidmətləri çatdırrmaq məqsədilə təşkil olunan “Açıq qapı” günləri mayın 10-a kimi davam edəcəkdir.

GOYEZEN.AZ

Facebook-da paylaş