• Təqvim

  • Unutma

  • Maraq

Heydər Əliyev milli təhsil sisteminin qurucusudur

Heydər Əliyev milli təhsil sisteminin qurucusudur
Qeyd etdiyimiz kimi, mayın 1-dən etibarən ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində təşkil olunan “Açıq qapı” günləri uğurla davam edir.

Ulu öndərin siyasi irsini, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri çatdırmaq məqsədilə təşkil olunan “Açıq qapı” günlərində ekskursiyaçılara dolğun məlumatlar verilir.

Hər gün bir neçə idarə, müəssisə və təşkilat kollektivlərinin iştirak etdiyi “Açıq qapı” günlərinin bugünkü iştirakçıları rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim və tələbələri, rayon məktəblərinin şagirdləri olub.

İştirakçılar ulu öndərin abidəsi önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad ediblər.
Sonra mərkəzdə dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələri dinləyib, təhsil sahəsindəki xidmətlərini özündə əks etdirən filmlərə baxıb, kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar.

Mühazirələrdə qeyd olunub ki, milli təhsilimizin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Vətən qarşısında misilsiz xidmətlərindən biri də milli təhsil sisteminin qurucusu olmasıdır. İstər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə ümummilli lider xalqımızın təkcə bugününü deyil, həm də gələcəyini düşünərək bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərib.

Xüsusən də Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonrakı illərdə milli təhsilimizi Qərb standartları səviyyəsinə yüksəltmək, milli-mənəvi dəyərlərə həssas münasibət böyük tarixi şəxsiyyətin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib. Ulu öndər hələ sovet hakimiyyəti dövründə də milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və inkişafında çox cəsarətli, qətiyyətli tədbirlər həyata keçirib.

Təhsilin inkişafı ilə əlaqədar bir-birinin ardınca qərarlar qəbul edilməsi və təhsil sahəsində həyata keçirilən tədbirlər Heydər Əliyevin böyük maarifçi olmasından xəbər verirdi. Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə gərgin və yorulmaz fəaliyyəti nəticəsində respublika savadlılar diyarına çevrildi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra təhsil sahəsində ən ciddi problemlərdən biri də məktəb tikintisi, ümumtəhsil məktəblərin təmiri və lazımi avadanlıqlarla təchizatı idi. Heydər Əliyev 2000-ci il iyunun 13-də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərman imzalamaqla bu problemi aradan qaldırdı. Bu fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin təhsilə verdiyi böyük qiymət Azərbaycanda demokratiyanın yaranması, formalaşması və çiçəklənməsi dövrünün inkişafında ən mühüm hadisəyə çevrildi. Elm və təhsilə böyük önəm verilməsi, bir-birinin ardınca yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi ölkənin elmi, mədəni və sosial-iqtisadi həyatında böyük dönüş yaratdı.

Qeyd edilib ki, ulu öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev digər sahələrlə yanaşı milli təhsilimizin inkişafı, beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmək istiqamətində həyata keçirdiyi tədbirlər artıq öz bəhrəsini verir. Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi yüksək diqqət və qayğısı bir daha təsdiqləyir ki, bu gün Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi xətt Azərbaycanın adını daha yüksək zirvələrə qaldıracaqdır.

Bundan başqa, Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin geniş əks olunduğu kitab və jurnallardan ibarət ”Tarixi yaddaşlara həkk olunmuş mənalı ömür” başlıqlı sərgi ilə tanış olan ekskursiya iştirakçılarına müxtəlif illərdə nəşr olunmuş kitablar haqqında da ətraflı məlumatlar verilib.

Artıq 3 gündür ki, təşkil olunan “Açıq qapı” günləri may ayının 10-a kimi davam edəcəkdir.

GOYEZEN.AZ

Facebook-da paylaş