“Yaddaşlara həkk olunan mənalı ömür” » Göyəzən internet portalı


“Yaddaşlara həkk olunan mənalı ömür”

“Yaddaşlara həkk olunan mənalı ömür”
Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təsdiqlədiyi tədbirlər planına əsasən 1-10 may tarixlərində təşkil olunacaq “Açıq qapı” günlərinə və ulu öndərə həsr olunmuş silsilə tədbirlərə start verilib.

Bu münasibətlə Qazax rayon Heydər Əliyev Mərkəzində “Yaddaşlara həkk olunan mənalı ömür” başlıqlı tədbir keçirilib.

Tədbirdə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən bütün mədəniyyət müəssisələrinin rəhbər və işçi heyəti, şəhər 5 saylı tam orta məktəbin müəllimi və IV sinif şagirdləri, mərkəzin əməkdaşları və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev tədbirdə giriş sözü çıxış edərək may ayının 1-dən 10-na kimi ulu öndərin 95 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Mərkəzində təşkil olunan “Açıq qapı” günlərinin başlanmasını açıq elan edib. Dahi lider Heydər Əliyev haqqında ətraflı məruzə edərək onun Azərbaycan dövlətinin tarixində əvəzsiz xidmətləri olduğunu qeyd edib.
“Yaddaşlara həkk olunan mənalı ömür”
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün unudulmaz bir şəxsiyyət olmasından söz açıblar.

Tədbirdə “Heydər Əliyev-müasir Azərbaycanın memarı” adlı film nümayiş olunub.

Sonra şəhər 5 saylı tam orta məktəbin şagirdləri “Körpələrin sevinci-Heydər baba” başlıqlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Məktəblilər ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında danışıb, ümummilli liderə həsr olunmuş şeirlər oxuyublar.

Tədbir dahi şəxsiyyətə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” başlıqlı filmin nümayişi ilə başa çatıb.

“Yaddaşlara həkk olunan mənalı ömür”
“Yaddaşlara həkk olunan mənalı ömür”
“Yaddaşlara həkk olunan mənalı ömür”
“Yaddaşlara həkk olunan mənalı ömür”
“Yaddaşlara həkk olunan mənalı ömür”
“Yaddaşlara həkk olunan mənalı ömür”
“Yaddaşlara həkk olunan mənalı ömür”
“Yaddaşlara həkk olunan mənalı ömür”
“Yaddaşlara həkk olunan mənalı ömür”
“Yaddaşlara həkk olunan mənalı ömür”
“Yaddaşlara həkk olunan mənalı ömür”
“Yaddaşlara həkk olunan mənalı ömür”
GOYEZEN.AZ


Facebook-da paylaş