Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Qazaxda “Açıq qapı” günləri elan olunub » Göyəzən internet portalı


Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Qazaxda “Açıq qapı” günləri elan olunub

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Qazaxda “Açıq qapı” günləri elan olunub
Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar mayın 1-dən etibarən “Açıq qapı” günləri elan olunub.

“Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd ekskursiyaçılara ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələr oxumaq, film nümayiş etdirmək, kitab və jurnallardan ibarət sərgi təşkil etməkdir. Dahi şəxsiyyətin siyasi irsini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlayaraq onu böyük hörmət və ehtiramla yad etməkdir.

“Açıq qapı” günlərində Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət ”Tarixi yaddaşlara həkk olunmuş mənalı ömür” başlıqlı sərgi təşkil olunacaqdır.

Mərkəzin “Heydər Əliyev məktəbi” layihəsində dərslər keçiriləcək, rayonun orta ümumtəhsil məktəblərinin VI-VIII sinif şagirdlərinə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin bütün dövrlərini əhatə edən mühazirələr oxunacaq və hər dövrü özündə əks etdirən filmlər nümayiş etdiriləcəkdir. Bundan əlavə, məktəblilərin iştirakı ilə dahi lider Heydər Əliyevə həsr olunmuş ”Körpələrin sevinci-Heydər baba!” başlıqlı kompozisiyalar nümayiş olunacaqdır.

“Açıq qapı” günləri ərəfəsində əsgər və zabitlərin iştirakı ilə ”Səngərdə dəmir sipər - o, Heydər Əliyevdir!” başlıqlı tədbir də keçiriləcəkdir.

“Açıq qapı” günləri mayın 10-dək davam edəcəkdir.

GOYEZEN.AZ


Facebook-da paylaş