Xalq Şairi Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib » Göyəzən internet portalı
  • Təqvim

    «    Yanvar 2018    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
  • Unutma

  • Maraq



Xalq Şairi Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

Xalq Şairi Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib
Oktyabrın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə respublikanın bir sıra elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Xalq Şairi Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib
Əvvəlcə qonaqlar unudulmaz şairin həyat və yaradıcılığını əks etdirən 250-dək kitabın yer aldığı sərgi ilə tanış olublar. Daha sonra şairin ömür yoluna işıq salan videoçarx nümayiş olunub.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək böyük şairin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışıb.

“Xalq Şairi Səməd Vurğunun adı, şəxsiyyəti və yaradıcılığı Azərbaycan xalqının tarixi, mədəniyyəti bugünkü müstəqilliyimizin ideoloji əsasında dayanan azərbaycançılıq məfkurəsi ilə birbaşa bağlıdır.
Xalq Şairi Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib
Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev böyük şairin yaradıcılığına həmişə önəm verərək onun “Azərbaycan” şeirinin misralarını yüksək kürsüdən xüsusi hissiyyatla söyləyib”, - deyə nazir bildirib.

Xalq yaradıcılığı və şifahi söz sənətinin Səməd Vurğun poeziyasının mayasını, qayəsini təşkil etdiyini deyən Ə.Qarayev şairin xalqımızın zəngin söz xəzinəsindən məharətlə bəhrələnərək yüksək poetik potensialı və dərin idrakı ilə XX əsr Azərbaycan şeirinə xüsusi çalarlar gətirdiyini söyləyib.


Facebook-da paylaş