“Novruz sevincləri” adlı tədbir uşaqların ürəyincə olub » Göyəzən internet portalı


“Novruz sevincləri” adlı tədbir uşaqların ürəyincə olub

“Novruz sevincləri” adlı tədbir uşaqların ürəyincə olub
Qazax rayon Heydər Əliyev Mərkəzi və Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının qədim və milli bayramı olan Novruz bayramı münasibətilə tədbir keçirilib. “Novruz sevincləri” adlanan tədbirdə məktəbin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə ilk olaraq Novruz bayramının əbədiləşdirilməsində, sevinc və birləşmə simvoluna çevrilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışılıb.

Sonra tədbir məktəblilərin bayram əhval-ruhiyyəli şeirləri, mahnıları və səhnəcikləri ilə davam etdirilib, simvolik olaraq papaq atma mərasimi keçirilib.

Tədbir kiçik bayram süfrəsi ətrafında sona çatıb. Şagirdlərə bayram sovqatları verilib.

Valideynlər və şagirdlər tədbirdən çox razı qaldıqlarını bildirərək belə tədbirlərin tez-tez keçirilməsini arzu ediblər.

GOYEZEN.AZ



Facebook-da paylaş