Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda bayram şənliyi keçirilib

Qazaxda bayram şənliyi keçirilib


30-12-2017, 13:01
Qazaxda bayram şənliyi keçirilib

Respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da bayram şənliyi keçirilib. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbirdə Qazax rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak edib.

Bayrama əvvəlcədən geniş hazırlıq işləri görülüb, şəhər başdan-başa bayramsayağı bəzədilib, silsilə tədbirlər keçirilib.

2017-ci ili bütün sahələrdə uğurlu göstəricilərlə yola salan rayon sakinləri bayram şənliyinin keçirildiyi Mədəniyyət Mərkəzinin qarşısına toplaşmışdılar. Bayram münasibətilə hamı bir-birini təbrik edir, ən xoş arzularını bildirirdilər. Şənlikdə iştirak edən tədbir iştirakçılarının deməyə sözü çox idi. Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatlar Qazax rayonunda da öz bəhrəsini verib. Ölkəmizdə olduğu kimi Qazax rayonunda da tikinti-quruculuq işləri geniş vüsət alıb. Elə bir sahə yoxdur ki, orada bir yenilik, bir inkişaf olmasın.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında həyata keçirilən quruculuq və abadlıq işləri nəticəsində ötən 1 il 7 ay ərzində şəhərin, eləcə də kəndlərin siması köklü şəkildə dəyişib, Qazax respublikamızın ən inkişaf etmiş və ən abad rayonlarından birinə çevrilib.

İCMAL.az Analitik Təhlil Saytı və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Sorğu-Analitik Mərkəzinin www.AzSlav.org saytında həyata keçirdiyi “İLİN BAŞÇISI 2017” sorğusunda Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qalib olması rayonumuzda həyata keçirilən işlərə verilən qiymətdir.
Qazaxda bayram şənliyi keçirilib
Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bayram şənliyini giriş sözü ilə açaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından bütün rayon sakinlərini təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, yola saldığımız 2017-ci il respublikamız, o cümlədən rayonumuz üçün uğurlu olub. Bunu ölkəmizin ictimai-siyasi həyatından və həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən aydın şəkildə görmək olar.

Bu il Qazax rayonu üçün hər bir sahədə uğurlu olub. Elə bir sahə olmaz ki, diqqətdən kənarda qalsın. Bunu istər sosial obyektlərin inşası, istər kənd təsərrüfatının inkişafı, istərsə də təhsil, səhiyyə, idman sahəsində əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir.

Bildirib ki, 2017-ci il həm də Qazax rayonu üçün tikinti-quruculuq ili kimi də yadda qaldı. “Azərxalça” ASC tərəfindən inşa edilən və açılışa tam hazır olan xalça fabriki, rayonumuzda inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binası, əsaslı şəkildə təmir olunub açılışını etdiyimiz Kosalar, Xanlıqlar, Daş Salahlı, Cəfərli kəndlərindəki uşaq bağçaları, Qazax şəhərində 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası 2017-ci ilin uğurlu il olmasının ən bariz nümunəsidir.

Bu yaxınlarda 3 kəndin – Çaylı, Kommuna və Hüseynbəyli kənd yollarının açılışını etdik. Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Kommuna kəndlərinə içməli su çəkildi. Daş Salahlıda isə bu proses başa çatmaq üzrədir.

Şaxta baba ilə Qar qızın şənliyə gəlməsi tədbirə yeni bir rəng qatdı. Uşaqlar onları dövrəyə alıb rəqs etdilər, şeir oxudular.

“Göyəzən” instrumental ansamblının solistləri bir-birindən şən, şux mahnılar ifa etdilər. Aşıqların ifasında isə qədim el havaları səsləndirildi. Bayram şənliyində musiqi nömrələri bir-birini əvəz etdi.

Elçin İSMAYIL

Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Qazaxda bayram şənliyi keçirilib
Geri qayıt