Əsas Səhifə > Manşet / Sosial > Sakinlər razılıq edirlər

Sakinlər razılıq edirlər


27-12-2017, 18:43
Sakinlər razılıq edirlər
Şəhərin mərkəzi hissəsindən keçən Poylu arxı adlanan su kanalı təqribən 100 il bundan əvvəl çəkilib. Vaxtilə şəhər sakinlərinin suya olan tələbatını ödəmək və sel olduğu halda onu ötürmək məqsədilə çəkilmiş bu arx sonradan öz funksiyasını dəyişmiş, çirkab suların və kanalizasiyanın axıdılması məqsədilə istifadə olunmuşdur. Üstəlik arx boyunca olan mühafizə zolaqları arxın kənarında yaşayan insanlar tərəfindən zəbt olunmuş və onu təmizləmək üçün lazım olan texnikanın belə işləməsinə sahə qalmamışdır. Son nəticədə arx get-gedə dolmuş və su evlərə, həyətlərə dolmağa başlamışdır.

Artıq neçə illərdir ki, uzunluğu 6 km olan Poylu arxı bir problem olaraq qalır və bu, onun kənarında yaşayan şəhər sakinlərinin haqlı narazılığına səbəb olur. Vəziyyəti aradan qaldırmaq üçün arxın müəyyən yerlərində təmizlik işləri görülməsinə baxmayaraq məsələ öz köklü həllini tapmamışdır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mövcud problemin həll olunması üçün aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar vermiş, yaranmış çətinliyin aradan qaldırılmasını tapşırmışdı.

Bu gün rayon rəhbərliyi görülən işlərlə tanış olmaq üçün arxın keçdiyi Bakı küçəsində olub, problemin necə həll olunması ilə maraqlanıb. Görülən işlərlə tanış olduqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.

Şəhər sakinlərindən Sünbül Orucova və Dilbər Mustafayeva arxın təmizlənməsi ilə əlaqədar görülən işlərə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iməclik keçirilən Cəfərli kənd qəbiristanlığından sonra Daş Salahlı kəndində olaraq qəbiristanlıqda görülən təmizlik işləri ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, 30 hektar sahəsi olan kənd qəbiristanlığının ərazisi kol-kosdan, iri alaq otlardan və müxtəlif məişət tullantılarından təmizlənib, tullantılar üçün iki böyük quyu qazılıb. “Akkord” sement zavodu tərəfindən qəbiristanlığa gələn yolun düzəldilməsi nəzərdə tutulub.

Kənd sakinlərindən Akif Yusifov, Mədət Əliyev, Tofiq Cəfərli, Əhməd İsmayılov və Ayaz Cəbiyev iməciliklərin ilboyu davam etdiriləcəyini qeyd ediblər.

Sakinlər razılıq edirlər
Sakinlər razılıq edirlər
Sakinlər razılıq edirlər
Sakinlər razılıq edirlər
Sakinlər razılıq edirlər
Sakinlər razılıq edirlər
Sakinlər razılıq edirlər
Sakinlər razılıq edirlər
Sakinlər razılıq edirlər
Sakinlər razılıq edirlər
Sakinlər razılıq edirlər
Sakinlər razılıq edirlər
GOYEZEN.AZ





Geri qayıt