Əsas Səhifə > Manşet / Sosial > Kommuna kəndinə çəkilmiş yeni avtomobil yolu istifadəyə verilib

Kommuna kəndinə çəkilmiş yeni avtomobil yolu istifadəyə verilib

23-12-2017, 16:39
Kommuna kəndinə çəkilmiş yeni avtomobil yolu istifadəyə verilib
Qazax rayonunda başqa sahələrlə yanaşı olaraq yol tikintisi sahəsində də diqqətəlayiq işlər görülür. Bunu son 1 il 7 ay ərzində kəndlərə çəkilən asfalt yollardan aydın şəkildə görmək olar.

Bu gün rayonun daha bir kəndinə - Kommuna kəndinə çəkilmiş asfalt yolun açılışı olub.

Yeni yolun açılışı kənddə əsl toy-bayrama çevrilib. Ona görə də yüzlərlə kənd sakini açılış mərasiminə toplaşıb. Göz işlədikcə uzanan, orta və kənar hissələri xətlənmiş yeni asfalt yol insanda böyük fərəh hissi oyadır, sabaha sonsuz inam yaradır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış münasibətilə keçirilən tədbirdə çıxış edərək yeni avtomobil yolunun istifadəyə verilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün kənd sakinlərini təbrik edib. Qeyd edib ki, bu gün respublikamızda elə bir sahə yoxdur ki, orada tərəqqi, inkişaf olmasın. Ölkəmizdə olduğu kimi rayonumuzda da bütün sahələr inkişaf edir, yeni-yeni məktəblər, bağçalar, sosial obyektlər istifadəyə verilir. Rayonumuzdakı kəndlərin əksəriyyətinə son 1 il 7 ay ərzində asfalt yollar çəkilib və bu proses davam etməkdədir. Kommuna kəndini Qazax-Quşçu Ayrım kəndi ilə birləşdirən yeni yol deyilənlərə əyani sübutdur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev açılış mərasimində çıxış edərək yeni yolun istifadəyə verilməsi münasibətilə bütün kənd sakinlərini təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, uzunluğu 2,65 km olan yeni yol 1171 nəfər sakinin yaşadığı Kommuna kəndinə xidmət göstərəcək və sakinləri xoş günlərə qovuşduracaqdır. Bildirib ki, “Körpü-Bina-Tikinti” MMC tərəfindən inşa olunmuş avtomobil yolu ən yüksək standartlara cavab verir.
Kommuna kəndinə çəkilmiş yeni avtomobil yolu istifadəyə verilib
Kommuna kənd sakinlərindən Arif Mirzəliyev, Möhsüm Məmmədov və başqaları söz alaraq bayramqabağı belə bir yüksək səviyyəli yolu onlara bəxş etdiyinə görə Ölkə Başçısına sonsuz təşəkkürlərini çatdırıb, ən xoş arzularını söyləyiblər. Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər.

Yolun rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra yola baxış olub. Yeni yol tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Elçin İSMAYIL

Geri qayıt