Əsas Səhifə > Manşet / Səhiyyə > Tibbi müayinə üçün yüksək şərait yaradılıb

Tibbi müayinə üçün yüksək şərait yaradılıb


14-12-2017, 12:30
Tibbi müayinə üçün yüksək şərait yaradılıb
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov günün birinci yarısında Heydər Əliyev Mərkəzinə gəlib. Burada "ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək səyyar tibbi müayinə aksiyasına görülən hazırlıq işləri ilə tanış olub.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədova və Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov aksiyanın keçirilməsi üçün görülən işlər barədə rayon rəhbərliyinə məlumat veriblər. Qeyd olunub ki, rayon sakinlərinin tibbi müayinədən keçməsi üçün lazım gələn bütün hazırlıq işləri görülmüş, lazımi avadanlıqlarla təmin edilmiş və yüksək şərait yaradılmışdır. Aksiyanın keçirilməsi üçün yaradılmış şəraitdən razı qalan rayon rəhbərliyi tibbi müayinə zamanı əhalinin kütləviliyinin təmin edilməsi barədə tapşırıq verib.
Tibbi müayinə üçün yüksək şərait yaradılıb
Qeyd edək ki, tibbi xidmətdən keçmək istəyən vətəndaşlar terapevt, endokrinoloq, kardioloq, ginekoloq, dermatoloq, pediatr, oftalmoloq, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlana biləcəklər.

Aksiya bu gün, 14 dekabrda saat 13:00-dan 20:00-dək davam edəcəkdir.

Tibbi müayinə üçün yüksək şərait yaradılıb
Tibbi müayinə üçün yüksək şərait yaradılıb
Tibbi müayinə üçün yüksək şərait yaradılıb
Tibbi müayinə üçün yüksək şərait yaradılıb
Tibbi müayinə üçün yüksək şərait yaradılıb
Tibbi müayinə üçün yüksək şərait yaradılıb
Tibbi müayinə üçün yüksək şərait yaradılıb
GOYEZEN.AZ

Geri qayıt