Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxlı tütünçülər yüksək məhsuldarlıq əldə ediblər

Qazaxlı tütünçülər yüksək məhsuldarlıq əldə ediblər


14-12-2017, 14:24
Qazaxlı tütünçülər yüksək məhsuldarlıq əldə ediblər
Qazax rayonunda tikinti-quruculuq sahəsində, eləcə də kənd təsərrüfatı sahəsində görülən işlər rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun diqqət və qayğısı, tələbkarlıq və nəzarəti altında həyata keçirilir. Rayon rəhbərliyi mütəmadi olaraq qeyd olunan sahələrə baş çəkir, görülən işlərlə yerindəcə tanış olur, tapşırıq və tövsiyələrini verir.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Kosalar kəndindəki tütün sahələrinə baş çəkib. Rayon rəhbərliyinə məlumat verilib ki, 30 hektar sahədə əkilmiş tütün sahəsindən yüksək məhsuldarlıq əldə edilib. Bu günə kimi sahələrdən 50 ton məhsul götürülüb və qarşıya qoyulmuş tapşırıq yerinə yetirilibdir.
Yığılmış məhsulun itkisiz qurudulması üçün xüsusi yerlər düzəldilmişdir. Qurudulmuş məhsul bağlı anbarlarda saxlanılır.

Rayon rəhbərliyi sahələri gəzdikdən və vəziyyətlə yerində tanış olduqdan sonra sahələrdə hələ kifayət qədər tütünün olduğunu qeyd edib. Məhsul yığımını davam etdirən zəhmət adamları hələ indən sonra daha 8-10 ton tütün götürəcəklərini bildiriblər.

Əldə edilən yüksək məhsuldarlıq, əhalinin məşğulluğunun artması Qazaxda tütünçülüyün inkişaf etdirilməsini zərurətə çevirir.

GOYEZEN.AZ

Qazaxlı tütünçülər yüksək məhsuldarlıq əldə ediblər
Qazaxlı tütünçülər yüksək məhsuldarlıq əldə ediblər
Qazaxlı tütünçülər yüksək məhsuldarlıq əldə ediblər
Geri qayıt