Əsas Səhifə > Manşet / Sosial > Təmir-bərpa işləri başa çatmaq üzrədir

Təmir-bərpa işləri başa çatmaq üzrədir


12-12-2017, 21:02
Təmir-bərpa işləri başa çatmaq üzrədir
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aparılan tikinti-quruculuq işlərinin sürəti ilə yanaşı onun keyfiyyətinə də xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, istifadəyə verilən bütün tikililər sözün əsl mənasında göz oxşayır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün rayonun bir neçə ərazisində olub, təmir-bərpa işləri aparılan yerlərə baxaraq mövcud vəziyyətlə maraqlanıb.

Gənclər Mərkəzinə baş çəkən rayon rəhbərliyi akt zalında aparılan təmir-bərpa işləri ilə tanış olub. Vaxtilə binanın tikintisi zamanı səhvlərə yol verilməsi nəticəsində bir sıra problemlər yaranan Mərkəzin akt zalında İcra Başçısının tapşırığına əsasən bir neçə gündür ki, təmir-bərpa işləri həyata keçirilir.

Rayon rəhbərliyinə məlumat verilib ki, akt zalında əsas təmir-bərpa işləri görülüb. Binanın dam örtüyündə, içəri divarlarında, döşəmədə olan çatışmazlıqlar aradan qaldırılıb. Hazırda divarlar rənglənir və bu iş 1-2 günə başa çatdırılacaq, digər təmir-bərpa işləri də görüləcəkdir. Binanın foyesində də təmir-bərpa işləri yekunlaşmaq üzrədir.

Mövcud vəziyyətlə yerində tanış olan İcra Başçısı işlərin sürətləndirilməsini tapşırıb və keyfiyyətə xüsusi diqqət yetirilməsi barədə göstəriş verib.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Cəfərli kəndinə gələrək uşaq bağçasında həyata keçirilən təmir-bərpa işləri ilə tanış olub. Qeyd edək ki, vaxtilə cəmi 2 darısqal otaqda yerləşən uşaq bağçası üçün rayon rəhbərliyinin göstərişinə əsasən yeni otaqlar ayrılıb və əsaslı şəkildə təmir işləri aparılıb.

İcra Başçısı binanın çöl hissəsində və içərisində aparılan təmir-bərpa işlərinə baxıb.

Əsaslı şəkildə və sürətlə həyata keçirilən işlərin nəticəsidir ki, qısa müddətdə bağçada təmir-bərpa işlərinin demək olar ki, əsas hissəsi görülüb. Otaqlarda suvaq və üzçəkmə işləri başa çatdırılıb. Rənglənmə işləri də demək olar ki, yekunlaşıb. Köhnə elektrik xətləri yenisi ilə əvəz olunub. Otaqlara yeni döşəmə vurulub. Eyni zamanda qapı və pəncərələr dəyişdirilib, müasir tipli qapı və pəncərələr qoyulub. İstilik sistemi quraşdırılıb. Binanın girişinə yeni dəmir qapı qoyulub və rənglənib. Təmir-bərpa işləri ilə yanaşı bağçanın həyətinə də əl gəzdirilib, səliqə-sahman yaradılıb. Binanın qarşısındakı sahəyə tamet daşı döşənib, dəmir hasar təmir edilərək rənglənib.

Rayon rəhbərliyinə məlumat verilib ki, Cəfərli kənd uşaq bağçasının, eləcə də Gənclər Mərkəzinin əsaslı şəkildə təmir olunması işləri ən yaxın günlərdə başa çatdırılacaqdır.

Elçin İSMAYIL

Təmir-bərpa işləri başa çatmaq üzrədir
Təmir-bərpa işləri başa çatmaq üzrədir
Təmir-bərpa işləri başa çatmaq üzrədir
Təmir-bərpa işləri başa çatmaq üzrədir
Təmir-bərpa işləri başa çatmaq üzrədir
Təmir-bərpa işləri başa çatmaq üzrədir
Təmir-bərpa işləri başa çatmaq üzrədir
Təmir-bərpa işləri başa çatmaq üzrədir
Təmir-bərpa işləri başa çatmaq üzrədir
Təmir-bərpa işləri başa çatmaq üzrədir
Təmir-bərpa işləri başa çatmaq üzrədir
Təmir-bərpa işləri başa çatmaq üzrədir
Geri qayıt