Əsas Səhifə > Manşet / Sosial > Xalça müəssisəsi yaxın günlərdə istifadəyə veriləcək -

Xalça müəssisəsi yaxın günlərdə istifadəyə veriləcək -

6-12-2017, 18:13
Xalça müəssisəsi yaxın günlərdə istifadəyə veriləcək -
Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə xalçaçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb. Bu sahənin daha da genişləndirilməsi üçün diqqət və qayğı göstərilir, xalça fabrikləri tikilir.

Qazax rayonunda bütün sahələr kimi xalçaçılığın inkişafı məqsədilə rayonda lazımi işlər həyata keçirilir. Qazax şəhərində “Azərxalça” ASC tərəfindən inşa edilən Xalça müəssisəsinin tikintisi bunun ən bariz nümunəsidir.

İnşaat işlərinə başlanan vaxtdan demək olar ki, hər gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tikintiyə baş çəkir, işlərin gedişi ilə yaxından maraqlanır, lazım gəldikdə öz köməyini əsirgəmir. Bunun nəticəsidir ki, xalça müəssisəsinin tikintisi qısa müddət ərzində həyata keçirilib.

Bu gün rayon rəhbərliyi Xalça müəssisəsində görülən son tamamlanma işləri ilə tanış olub. Xalça müəssisəsinin direktoru Nazim İbrahimov rayon rəhbərliyinə görülən işlər barədə məlumat verərək bildirib ki, tikinti işləri artıq başa çatmaq üzrədir. Yüksək keyfiyyətlə inşa edilmiş Xalça müəssisəsi yaxın günlərdə istifadəyə veriləcəkdir.

GOYEZEN.AZ

Geri qayıt